Ermənistanın bəziTelegram kanalları Azərbaycan qoşunlarının şəhərə “hücum” həyata keçirdiyini iddia edərək, Xankəndidən atəş səsi ilə olan videogörüntülər yayır. Bu haqda Bakuplus.az  bu gün, 21 sentyabr tarixində məlumat verir.

Azərbaycan Müdafiə Nazirliyindən (MN) əldə olan məlumata görə, yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”,- MN-dən bildirilib.

AZfront Xankəndi girişində olan şahidlərə istinad edərək bildirir ki, bu paylaşımlar Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında görüşün başlaması fonunda atmosferi gərginləşdirmək məqsədi ilə edilir.