Keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənir. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri minalar basdırıblar. Bu gün Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina zərərsizləşdirilib.
Ordumuzun mühəndis-istehkam bölmələri bu istiqamətdə fəaliyyətlərini davam etdirir.
