Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alov çoxmərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 2 otaqlı mənzilin bir otağını bürüyüb. Hadisə nəticəsində divan, kreslo və kondisioner yanıb.

Əraziyə cəlb edilən FHN əməkdaşları mənzilin qalan hissəsini yanğından mühafizə edə biliblər.