Sentyabrın 23-də keçiriləcək “Zirə” – “Neftçi” oyununun yeri dəyişib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumat verir.

Təmir işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu PFL tərəfindən yoxlanılıb. Məlum olub ki, stadionun ot örtüyü hal hazırda oyunları qəbul etməyə tam hazır deyil.

Bu səbəbdən bu komandalar arasında keçiriləcək 1-ci və 2-ci dövrənin görüşləri Zirə İdman Kompleksində baş tutacaq.

Oyun saat 20:30-da start götürəcək.