Xəzər və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.

Saat 09:30-dan başlayan fasilə payız-qış mövsümünə hazırlıqla bağlıdır. Təmir-quraşdırma işləri aparılan müddətdə Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində, Ağ şəhər yaşayış massivində, Xocalı prospektində və M. Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrində qazın verilişi müvəqqəti dayandırılacaq.