Bakıda ofislərin birindən notbuklar oğurlanıb. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Sentyabrın 18-də Nərimanov RPİ-yə daxil olan məlumata əsasən, rayon ərazisində yerləşən ofisdən 2 notbuk talanıb. Keçirilən əməliyyat tədbiri ilə şəhər sakini K.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.