Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsində yerləşən fermada sursat saxlanılıb. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Ərazidə yerləşən tikililərdən uzun müddət sursat anbarı kimi istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları tapılıb. Sursatların təcili tibbi yardım maşını ilə daşındığı müəyyən edilib.

Qozlukörpüdə ferma sursat anbarı kimi istifadə edilib
Foto MOD