Ermənistanın paytaxtında hökumət əleyhinə aksiyalar davam edir. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Azfront-a istinadən məlumat verir.

Şəhərin müxtəlif hissələrində siyasi qüvvələrin nümayəndələri, tələbələr, eləcə də paytaxt sakinləri ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazçılar oturaq və aclıq aksiyaları keçirirlər. Şəhərin digər hissəsində isə etirazçılar mərkəzi küçələri bağlayıblar.