Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Mercedes” markalı evakuatoru idarə edən Faiq Əliyev hərəkətdə olan zaman yolu keçən Pirəli Məmmədovu vurub. 35 yaşlı kişi yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.