Bakının Sabunçu rayonunda paytaxt sakinində narkotik aşkar olunub. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Nadirov saxlanılıb. Baxış zamanı ondan 100 qrama yaxın heroin və 81 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.