Binə qəsəbəsi, Atçılıq yaşayış massivində neft kəmərinin keçdiyi ərazidə tullantılar yandırılır. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Sakinlərin sözlərinə görə, ərazidəki məişət tullantılarının yandırılması təhlükəli vəziyyət yaradır. Onlar dəfələrlə şikayət etsələr də, bu hal təkrarlanır.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ərazinin yaxınlığında tullantılar üçün konteynerlər olduğu halda vətəndaşlar bəzi hallarda zibili məhz nəzərdə tutulmayan ərazilərə atırlar. Aidiyyəti qurum tərəfindən gündəlik olaraq tullantıların daşınması təmin olunur.

Bundan əlavə, ərazinin nəzarətdə saxlanılması məqsədilə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırıq verilib.