“Səbail” FK rekorda imza atıb. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.

Belə ki, “Dənizçilər” tarixlərində ilk dəfə Azərbaycan Premyer Liqasında 4 ardıcıl qələbə qazanmağı bacarıblar. Bakılılar 2017-ci ildə elit divizionda debüt etmişdilər.

Bundan əlavə, klub ardıcıl 7 matçda qol vurmaqla da tarixi rekorda imza atıb. “Səbail” cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır.

Hazırda “Səbail” Premyer Liqada 7 turda 13 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.