Bakı klubları matç boyunca topa nə qədər sahib olurlar? Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Azərbaycan Premyer Liqasında mövsümün ilk 7 turundan sonra komandaların topa sahibolma faizi açıqlanıb.

Sıralamaya “Qarabağ” klubu 60,3%-la başçılıq edir. “Neftçi” sıralamada 55,3%-la 4-cü yerdə qərarlaşıb, “Zirə” oyunun ortalama 49,6%-ini topa sahib olur və sıralamada 6-cı yerdədir, “Səbail” isə 42,2% topa sahibolma göstərəcisi ilə 9-cu pillədə yer alıb.

Tam siyahı aşağıdakı kimidir:

  • “Qarabağ” – 60,3%;
  • “Sabah” – 58,5;
  • “Neftçi” – 55,3;
  • “Qəbələ” – 55,2;
  • “Sumqayıt” – 53,0;
  • “Zirə” – 49,6;
  • “Kəpəz” – 43,7;
  • “Turan Tovuz” – 42,9;
  • “Səbail” – 42,2;
  • “Araz-Naxçıvan” – 39,8.

Çempionatda turnir cədvəlinin son sırasında yer alan “Qəbələ” topa sahibolma göstəricisində 4-cüdür.