Bakıdan Xankəndiyə növbəti humanitar yardım göndərilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

4 yük maşınından ibarət 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxil olan humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Bundan əlavə, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.