“Neftçi” PFK-nın yeni strukturu təsdiqlənib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az kluba istinadən xəbər verir.

Klubun baş icraçı direktoru Fərrux Mahmudovdur. Kluba Müşahidə Şurası rəhbərlik edir. Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini isə Kamil Məmmədov yerinə yetirir.

Bundan əlavə, strukturda yeni departamentlər qruplaşdırılıb. Belə ki, idman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.

Neftçi” PFK-nın Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə 2 hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Bu struktura əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.