Bakıda 20-ci sahə – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edən marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Avtobus 33 sərnişin oturacağına malikdir, ümumi tutumu isə 82 nəfərdir. Elektrik mühərrikli avtobus 350 km məsafə qət edə bilir və bütün müasir standartlara cavab verir.
Avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Sınaqlar nəticəsində şəhərin ictimai nəqliyyatında elektrik mühərrikli avtobusların istifadəsi imkanları qiymətləndiriləcək.