Qarabağ bölgəsində mülki tikililərdə silah-sursat aşkar edilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir.

Baxış zamanı müəyyən edilib ki, Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə edib. Tərk edilmiş tikililərin silah-sursat anbarları olduğu məlum olub.

Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib.