Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş baş tutacaq. Bu haqda 25 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşünün nəticələrinə dair məlumatında qeyd edilib.

Növbəti görüşdə görülmüş işlərin yekunlarının müzakirəsi aparılacaq və gələcək addımlar müəyyənləşdiriləcək.

Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə ilk görüş sentyabrın 21-də Yevlax şəhərində keçirilib.