Qarabağın erməniəsilli sakinləri üçün SOCAR-a məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsi yanacaq göndərilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Hər biri dizel və benzin yüklü avtomobillər Xankəndi şəhərinə yola salınıb. Yük avtomobilləri yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə hərəkət edir.

Bu gün səhər saatlarında yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb. Maşınlar Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Daha öncə, 23 sentyabr tarixində Xankəndiyə 20 ton yanacaq göndərilib.

Sentyabrın 21-də Yevlax şəhərində erməni sakinlərin nümayəndələri ilə keçirilən görüşdə bölgəyə yanacaq göndərilməsi ilə bağlı razılıq əldə olunub.