Xankəndi şəhərinə yanğınsöndürən avtomobillər göndərilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hələ də davam edən yanğının söndürülməsi üçün 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.
Bildirilib ki, ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.
Ötən gecə Xankəndi şəhəri yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Nəticədə 20 nəfər ölüb, 280-dən artıq insan xəsarət alıb.