Qarabağın erməniəsilli sakinləri üçün SOCAR-a məxsus yanacaq göndərilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb. Maşınlar Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Daha öncə, 23 sentyabr tarixində Xankəndiyə 20 ton yanacaq göndərilib.

Sentyabrın 21-də Yevlax şəhərində erməni sakinlərin nümayəndələri ilə keçirilən görüşdə bölgəyə yanacaq göndərilməsi ilə bağlı razılıq əldə olunub.