Bakıda elektrik avtomobillər üçün mövcud olan infrastruktur qənaətbəxş deyil. Belə elektrik doldurma məntəqələrinin sayı çox azdır, onlardan bəziləri isə tamamilə işləmir. Ancaq yuxarıda göstərilənlərdən əlavə, elektrik nəqliyyat vasitələrinin sahibləri başqa problemlərlə də üzləşirlər. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Analoji halları paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində də görmək olar. Elektriklə işləyən avtomobil sürücüləri digər sürücülərin daim enerji doldurma məntəqələrinin qarşısında dayanmalarından şikayətlənirlər.
Nəticədə onlar park edilmiş avtomobillərin sürücülərinin onları götürməsi üçün saatlarla gözləməli olurlar. Çox vaxt onlar həmin sürücüləri gözləmədən yola düşürlər.