Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filminin təqdimatı olacaq. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az məlumat verir.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Film ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir.
Çəkilişlər Moskvada, Bakıda və Naxçıvanda aparılıb.
“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir, şair Yuri Ryaşentsevin şeirləri əsasında Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu mahnı yazıb.
Film Azərbaycan və rus dillərində hazırlanıb.