Oktyabrın 7-də saat 17:30-da STEP IT Academy Rəqəmsal Dizayn üzrə ödənişsiz master-klas keçirəcək. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Master-klas praktikaya əsaslanır və STEP IT Academy-nin tələbəsi olmayan 14 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Master-klas proqramına daxildir:

  • Adobe Illustrator qrafik redaktoru ilə tanışlıq;
  • Sadə və rahat vektor təsviri yaradılması;
  • Addım-addım sevdiklərinizə hədiyyə etməkdən və ya yadigar olaraq saxlamaqdan məmnun olacağınız Açıqcanın yaradılması;
  • Layout faylını çap üçün hazırlamağın nüansları.

Ünvan: Koroğlu Rəhimov, 70. Tədbirdə iştirak etmək üçün qeydiyyat mütləqdir.