Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Eyni zamanda avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.