Bu gün, 27 Sentyabr – Anım Günündə Azərbaycan xalqı şəhidlərin xatirəsini böyük ehtiram və minnətdarlıq hissi ilə yad edir. Bu haqda Bakuplus.az məlumat verir.
Səhər saatlarından ölkə vətəndaşları Şəhidlər xiyabanına axışırlar. Şəhidlərin məzarları ziyarət olunur, qəbirləri üzərinə güllər və əklillər düzülür, ruhlarına dualar oxunur.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.









