“Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 55 yaşlı Ruben Vardanyan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılaraq Bakıya gətirilib.

14:26 – Ermənistan separatçı anklavının sabiq “hökumət başçısı” sərhəd-keçid məntəqəsində saxlanılıb – İDDİA

Qarabağda ləğv edilmiş separatçı administrasiyanın “keçmiş rəhbəri” Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Bu barədə bu gün, 27 sentyabr tarixində Bakuplus.az AZfront Telegram kanalına istinadən məlumat verir.

AZfront-un öz mənbəsindən əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 2022-ci ilin noyabrından fevral ayına kimi bu vəzifəni tutan Ermənistan separatçı anklavının keçmiş “hökumət başçısı” diqqəti cəlb etməmək üçün köhnə avtomobillə Ermənistana getməyə çalışıb.

Sentyabrın 25-də o, qadın geyimində Ermənistan sərhədini keçmək üçün uğursuz cəhd edib.Sentyabrın 26-da səhər saatlarında İrəvandan məlumat daxil olub ki, onun silahdaşları Vardanyanı sarğılı vəziyyətdə benzin çəninin partlaması nəticəsində yaralı və ölənləri daşıyan helikopterlərin birində təxliyə etmək imkanını nəzərdən keçirməyə çalışıblar.