Bu gün, 27 sentyabr tarixində Anım Günü münasibətilə müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

Müdafiə Nazirliyinin heyəti II Şəhidlər xiyabanını ziyarət edib
Foto MOD