Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yolkənarı sahədə 27 Şərq çinarının dibi asfaltdan təmizlənib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Nöqsanlar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı müəyyən olunub.
Ağacların dibi asfaltdan təmizləndikdən sonra onlara aqrotexniki xidmət göstərilib.