Bakının Nəsimi rayonunda bir nəfərin pulu oğurlanıb. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sentyabrın 6-da Saatlı rayon sakini E.Muradovun 700 manat pulu və mobil telefonu soyğunçuluq yolu ilə oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Gözəlov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.