Nizami rayonu, Kamil Balakişiyev, 8 ünvanında avtoyuma məntəqəsi sakinlərin şikayətinə səbəb olur. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Belə ki, avtoyuma məntəqəsi günün müxtəlif saatlarında çalışdığından insanlar evlərində dinclik tapa bilmirlər. Dəfələrlə müxtəlif qurumlara müraciətlər olunsa da, heç bir bir nəticə olmayıb.

Sakinlərin sözlərinə görə, müvafiq qurumlar tərəfindən yaranan səsin səviyyəsi ölçülüb və çox yüksək olduğu bildirilib.

Nizami RİH-dən məsələ ilə bağlı bildirilib ki, sözügedən ünvana baxış keçirilib və avtoyuma məntəqəsinin sahibinə xəbərdarlıq edilərək bina sakinlərini narahat edən halların aradan qaldırılması tapşırılıb.