Millət vəkili Qənirə Paşayevanın Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Onun ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Kompleks müayinə və müalicə tədbirləri aparılır. O, süni tənəffüs aparatına qoşulub.

23 sentyabr tarixində Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva ağır vəziyyətdə Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.