Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra separatçılara məxsus silah-sursatların müsadirə edilməsi davam edir. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir.
Keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatandan bu gün, saat 17:00-a qədər olan dövrdə müsadirə edilmiş döyüş sursatı və texnikanın siyahısı:
- Atıcı silah və qumbaraatanlar – 1132;
- Artilleriya silahları – 61;
- HHM vasitələri – 235;
- Döyüş sursatları – 434.295;
- Təchizat və ləvazimatlar – 2732;
- Optik və digər cihazlar – 231;
- Zirehli texnika – 26;
- Avtomobil texnikası – 125;
- Qoşqu – 21.