Bakıda baş tutacaq “Red Bull Car Park Drift”in yeni tarixi bəlli olub. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az “RedBull”a istinadən məlumat verir.

“Red Bull Car Park Drift” adlı tədbirdə maşınların şousunu izləmək mümkün olacaq. Yarış boyuncu iştirakçılar “pendulum”, “spiral”, “gate”, “flipper” adlı maneələri keçməlidilər.

Tədbir oktyabrın 22-də saat 14:00-18:00 arası Dövlət Bayrağı Meydanında baş tutacaq. Biletləri şəhərin kassalarından və onlayn almaq mümkündür. Qiymət 10 AZN təşkil edir.