Səbail rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Rəcəbov və E.Qasımov 1 nəfərin 600 ABŞ dollarını, mobil telefonunu, gümüş üzüyü və saatını oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırma aparılır.