Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Həyətyanı ərazidə 5 kv.m sahədə yığılan karton tullantılar və yaxınlıqda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli yarımtikilinin dam örtüyünün taxta atmaları 10 kv.m sahədə yanıb.

Yüksək temperaturdan yaxınlıqda yerləşən sahəsi 200 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində eyvanın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib.

Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yarımtikilinin və yaşayış evinin digər hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.