Suraxanı rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Sultanov Əmircan qəsəbəsi ərazisində 3 evdən ümumilikdə 1500 AZN və 1000 ABŞ dolları pul, eləcə də 5300 AZN dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.