Suraxanı rayonunda su olmayacaq. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Suraxanı qəsəbəsinin İ.Şükürov, H.Bayramov, Z.Əliyev, E.Həsənov, M.Mustafayev, Ş.Mustafayev, X.Ələkbərov, A.Rzayev küçələri, 1849-cu keçid və 3-cü mədən ərazilərində içməli su oılmayacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.