Qarabağın erməniəsilli sakinləri üçün SOCAR-a məxsus yanacaqla dolu daha 1 nəqliyyat vasitəsi göndərilib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Avtomobil yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə hərəkət edir.

Ötən gün Xankəndi şəhərinə 4 avtomobil, 23 sentyabr tarixində isə 1 avtomobil göndərilib.

Sentyabrın 21-də Yevlax şəhərində erməni sakinlərin nümayəndələri ilə keçirilən görüşdə bölgəyə yanacaq göndərilməsi ilə bağlı razılıq əldə olunub.