Yasamal rayonunda yerləşən yataqxanada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 6 kv.m olan hamam otağında 1 ədəd paltaryuyan maşın və taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Yataqxananın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.