Türkiyədə təhsil alan tələbələr üçün aksiya keçirilir. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Belə ki, Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları Bakıdan Türkiyənin şəhərlərinə və əks-istiqamətə yerinə yetirilən AZAL-ın reyslərinə endirimli biletlər ala bilərlər.
Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir. Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir. Tələbələr bu təklifdən ildə 2 dəfə yararlana bilərlər.
Aviaşirkət yaxın gələcəkdə digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırdığını əlavə edib.