Azərbaycan Basketbol Liqasına daha 2 komanda əlavə olunub. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az liqaya istinadən xəbər verir.
2023/2024 mövsümündə iştirak edəcək son 2 klub – Bakını təmsil edəcək “Xəzri” və Sumqayıt şəhərinin eyniadlı komandasıdır.
Ötən mövsüm liqada “Sabah” çempion olub. “Gəncə” 2-ci, paytaxtın “NTD” klubu isə 3-cü yeri tutub.