Bakıda narkotik satışı ilə məşğul olan İlqar Əliyev və Xeyrulla Nəsrullayevə hökm oxunub. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən, hər iki təqsirli bilinən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin yanvar ayında Əliyev və Nəsrullayev tutulan zaman üzərlərində 10 kiloqramdan artıq heroin, odlu silah-sursat aşkar edilib. Bu şəxslər narkotik vasitələri satmaq məqsədilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.