Bakıda insanların liftdə köməksiz vəziyyətdə qalması ilə bağlı 4 hadisə baş verib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırışlar üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfərə müvafiq köməklik göstərilib.