Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın 12-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzilin mətbəxində mebel yanıb. Xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.