Otuz ildən sonra Xocavənd rayonunun Edilli kəndində tapılan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Cahangir Xələfovun nəşi ailəsinə təhvil verilib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Vida mərasimindən sonra Xələfovun nəşi Şüvəlan qəbiristanlığında torpağa tapşırılıb.
Xələfov 1932-ci ildə Füzuli rayonunun Dördçinar kəndində anadan olub. O, 1993-cü ilin sentyabrında Füzuli rayonunda itkin düşüb. Xocavənd rayonunun Edilli kəndi işğaldan azad edildikdən sonra Xələfovun qalıqlarının aşkar olunduğu kütləvi məzarlıq aşkar edilib.
Həmçinin bu gün Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş əsgər Vüqar Əsədovun cənazəsi paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəfn olunub.
