Mağazada nəzarətçini bıçaqlayan şəxs tutulub. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 54 yaşlı Samir Süleymanov və 31 yaşlı Təbriz Tahirov tutulublar. Onların üzərində metamfetamin aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb.

Ötən gün Nizami rayonunda “Bazarstore” mağazasından oğurluq edən şəxslərə mane olmaq istəyən nəzarətçi bıçaqlanmışdı.