Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə xüsusi internet saytı yaradılıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına istinadən məlumat verir.

İlkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən elektron qaydada qəbul olunur.

Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Telefon nömrəsi: +994 12 526 09 19.

WhatsApp nömrəsi: +994 70 527 09 19.

Elektron poçt ünvanı: [email protected].

Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcək.