Ruben Vardanyanla bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Dövlət Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Ermənistan Respublikasının vətəndaşı olan 55 yaşlı Ruben Karlenoviç Vardanyan barəsində “terrorçuluğu maliyyələşdirmə”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə”, “Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə” maddələri ilə cinayət işi açılıb.
Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olmuş və qanunsuz hərbi birləşmələr təşkil etmiş, onların döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir.
Hazırda araşdırmalar davam edir.