Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Adıçəkilən ərazidə yerləşən 3 mağazadan ümumilikdə 550 manat pul, 2200 manat dəyərində tütün məmulatı, ərzaq məhsulları və müşahidə kamerasının bloku oğurlanıb.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Xəlilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.